Duration 8:4

Şok Azərbaycanda həkim Zobu Qoltuq altından girib çıxardı

9 128 watched
0
248
Published 7 Dec 2021

Masallı Bioloji Təbabət Klinikası Ünvan: Masallı şəhəri, Milli Qəhrəman Elşad Hüseynov küçəsi Əlaqə: 055-532-89-88 025-215-50-89 Təcili Yardım: 051-311-03-03 Şok! Azərbaycanda həkim Zobu Qoltuq altından girib çıxardı Bu videoda zob xəstəliyindən əziyyət çəkən, xəstələr üçün çox mühüm məlumat var. Diqqətiniz bizdə olsun. Qalxanabənzər vəz (tiroid vəzi) boynumuzun ön hissəsində yerləşən, iki paylı, kəpənək formalı, çəkisi təxminən 20-25 qram olan kiçik bir daxili sekresiya vəzisidir. Qalxanabənzər vəzin iltihab və xərçəngdən başqa bir səbəblə böyüməsinə zob (ur) deyilir.. Zob xəstələrində tərləmə, gözlərdə qamaşma və əsəbilik tez-tez rast gəlinən əlamətlərdir. Belə xəstələrin iştahası yaxşı olsa da, kökəlmirlər, həmçinin sutka ərzində bir neçə dəfə böyük bayıra çıxırlar. Zəhərli zob zamanı bədən temperaturu yüksəlir və ürək döyüntüsü çoxalır Qalxanabənzər vəzi xəstəliklərinin yaranmasının bir sıra səbəbləri var. Burada ətraf mühit, genetik faktorlar və immunitet sistemi mühüm rol oynayır. Masallı Bioloji Təbabət klinikasının Türkiyədə təhsil almış uzman ümumi cərrahı, doktor Alim Əkbərov qeyd edir ki, bəzən zobu dərman preparatları və ya radioaktiv maddələrlə önləyə bilsək də, bəzi hallarda əməliiyatı mütləqdir. Bir çox klinikalarda, zob əməliyyatı ənənəvi üslubda həyata keçirilir. Lakin Zobun Endoskopik yolla, dyəni qapalı əməliyyatı da mövcuddur. Tək kəsikdən Endoskopik tiroid (zob) cərrahiyyəsi dünyada çox nadir icra olunan əməliyyatlardan biridir. Bu əməliyyat çox az sayda ölkələrdə icra olunur, artıq Masallı Bioloji Təbabət klinikasının peşəkar komnandası sayəsində ölkəmiz də bu ölkələr siyahısına daxil olmuş olub. Masallı Bioloji Təbabət klinikasının Türkiyədə təhsil almış uzman ümumi cərrahı, doktor Alim Əkbərov və klinikanın peşəkar tibb heyəti tərəfindən “Tək kəsikli endoskopik qalxanabənzər vəzinin çıxarılması əməliyyatı” baş tutub. Əməliyyatın ilk olma xüsusiyyəti bundadır ki, boyunda kəsik aparmadan, qoltuqaltından tək portla girilməklə icra edilib. Xatırladaq ki, endoskopik tiroid cərrahiyəsi ölkəmizdə də bir neçə üsulla icra olunurdu (BABA, ABBA, TOETVA). Lakin SIET (Tək kəsiklə endoskopik tiroidektomiya) üsulu ilə qalxanabənzər vəzinin çıxarılması əməliyyatı ilk dəfə Masallı Bioloji Təbabət Klinikasında icra olunub.

Category

Show more

Comments - 22