Duration 34:41

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov - 110

Published 6 May 2020

XX əsrin ən böyük faciələrindən biri olan II Dünya Müharibəsində Azərbaycan xalqı da fəal iştirak etmiş, faşizm üzərində 9 may qələbəsinə öz töhfəsini vermişdir. Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında bu mövzunu əks etdirən bir çox materiallar saxlanılır. Muzey əməkdaşları da II Dünya Müharibəsinin iştirakçıları haqqında müxtəlif kitablar, məqalələr yazıb, konfranslarda, çəkilən filmlərdə iştirak və çıxış ediblər. Bu il də, faşizm üzərində qələbənin 75 illiyi münasibətilə Muzey yeni tədbirlər planı hazırlayıb və mütəmadi olaraq silsilə videoçarxlar, məruzə və məqalələr təqdim ediləcəkdir. İndi isə Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimovun "İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov - 110" mövzusundakı videoçarxını sizə təqdim edirik.

Category

Show more

Comments - 0